«Bank of Baku» xanımlara komissiyasız kredit təklif edir

«Bank of Baku» xanımlara komissiyasız kredit təklif edir
# 05 mart 2014 09:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Baku» ASC qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar xanım müştərilər üçün «Komissiyasız Nağd Pul Krediti» günləri elan edir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 7-8-də «Bank of Baku»da nağd pul krediti rəsmiləşdirən hər bir xanım müştəri komissiya ödənişindən tam azad edilir.

Komissiyasız krediti rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir: şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (və ya gəlirləri təsdiq edən digər sənədlər). Kreditin maksimal həddi 15 min manatdır. Komissiyasız krediti rəsmiləşdirmək üçün «Bank of Baku»nun istənilən filialına müraciət oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR