Rusiya ordusunun Ukraynaya yeridilməsinin şərtləri açıqlanıb

Rusiya ordusunun Ukraynaya yeridilməsinin şərtləri açıqlanıb
# 01 mart 2014 21:39 (UTC +04:00)

APA-nın “UNN”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Ali Radanın spikeri, Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov ilə telefon danışığı zamanı bildirib.

Telefon danışığı barədə məlumatı “Batkivşina” partiyasının mətbuat xidməti yayıb, Narışkin tərəfindən bu məlumat hələlik təsdiqlənməyib.

Radanın spikeri, öz növbəsində, bəyan edib ki, hakimiyyət ölkə vətəndaşlarına qarşı güc istifadə etmək niyyətində deyil. Bununla belə, o Ukraynaya qarşı ola biləcək təcavüzü əsaslandırmaq üçün təxribatların olacağını istisna etməyib.

Ukrayna parlamentinin sədri həmçinin əlavə edib ki, Ukrayna öz ərazi bütövlüyünü və suverenliyini qorumağa hazırdır.

Qeyd edək ki, martın 1-də Rusiya Federasiya Şurası Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verib.

Bu haqda Federasiya Şurasının iclasında qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR