«Albalı» kartlarının sahibləri üçün yeni kampaniya keçiriləcək

«Albalı» kartlarının sahibləri üçün yeni kampaniya keçiriləcək
# 13 fevral 2014 13:41 (UTC +04:00)

Bakı - APA-Economics. «Unibank» ASC-nin «Albalı» kartları ilə fevralın 14-də 3 ay və daha uzun müddətə edilən alış-verişin dəyəri 14 aya ödənilə bilər. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə «Unibank»ın məlumatında deyilir.

Qeyd edək ki, bu kartla alış-veriş edənlər məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. «Albalı» kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. İki il müddət olan kartın maksimal limiti 3 min manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR