Azərbaycanın demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının layihəsi hazırlanıb

Azərbaycanın demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının layihəsi hazırlanıb
# 18 fevral 2014 09:09 (UTC +04:00)

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Demoqrafik İnkişaf Konsepsiyasına və digər normativ-hüquqi sənədlərə uyğun hazırlanan bu sənəd ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək 10 il ərzində inkişaf istiqamətlərini, həyata keçiriləcək zəruri tədbirləri müəyyən edir.

Dövlət Proqramı ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafını 2025-ci ilədək olan dövr üçün stimullaşdırmaqla, Azərbaycanın sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcək. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanan layihənin yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunması nəzərə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR