Fikrət Əmirovun vəfatının 30-cu ildönümü yad edilib

Fikrət Əmirovun vəfatının 30-cu ildönümü yad edilib
# 20 fevral 2014 13:24 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 20-də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun vəfatının 30-cu ildönümünü yad etmək üçün bəstəkarın ailə üzvləri, musiqi xadimləri onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Azərbaycan Bəstəkarlar İttifaqından (ABİ) APA-ya verilən məlumata görə, xatirə tədbirində çıxış ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə F.Əmirovun həyat və yaradıcılığı haqqında çıxış edərək onun musiqilərini Azərbaycan mədəniyyətinin ayrılmazı hissəsi kimi qiymətləndirib. Fikrət Əmirov sənətinin dünyada hörmətlə qəbul olunduğunu qeyd edən F.Əlizadə bildirib ki, bu günlərdə Belarusun paytaxtı Minsk də onun məşhur «Min bir gecə» baletinin premyerası böyük müvəffəqiyyətlə baş tutub.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibliyində F.Əmirovun oğlu, əməkdar incəsənət xadimi Cəmil Əmirovla görüş keçirilib. C. Əmirov bildirib ki, atasının hələ də ifa olunmamış əsərlərinin əlyazma notlarını qoruyub saxlayır. O, bu əsərlərin ifa olunması və F.Əmirovun külliyyatının çap olunması ilə bağlı arzusunu dilə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR