Masallıda III Beynəlxalq Folklor Festivalı keçiriləcək

Masallıda III Beynəlxalq Folklor Festivalı keçiriləcək
# 22 fevral 2014 07:26 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. İyunun 12-dən 15-nə kimi Masallıda III Beynəlxalq Folklor Festivalı keçiriləcək.

APA-nın cənub bürosunun məlumatına görə, bunu Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib.

Onun sözlərinə görə, son iki ildə Masallı şəhərində Azərbaycanda ilk dəfə olaraq dalbadal iki dəfə Beynəlxalq Folklor Festivalının yüksək səviyyədə keçirilməsi və bu sənət yarışmasına qatılmaq istəyən ölkələrin sayının artması ilə onun miqyasının genişlənməsi Masallının ən mötəbər tədbirlərə ev sahibliyi etmək bacarığını üzə çıxarıb.

Ötən festivallarda Azərbaycanla bərabər, Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstandan folklor kollektivlərinin iştirak etdiklərini söyləyən icra başçısı bu ilki festivala da bir sıra ölkələrin tanınmış sənətçilərinin dəvət olunacağını söyləyib: “Artıq bu məqsədlə hazırlıq işlərinə start verilib və inamla demək olar ki, Masallı yenə də Azərbaycanı bu sənət yarışmasında şərəflə təmsil edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR