Kənd təsərrüfatı naziri Qubada vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Qubada vətəndaşlarla görüşəcək
# 18 fevral 2014 08:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 25-də saat 11:00-da Quba Ərazi kənd Təsərrüfatı İdarəsinin inzibati binasında (Quba rayonu, Timiryazev qəsəbəsi) Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Quba Ərazi Kənd Təsərrüfatı İdarəsi (tel.: 050-636-09-09, 023-33-5-19-50) tərəfindən həyata keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR