ADU-nun Mətbuat xidməti şöbəsinin yaranmasının beş illiyi münasibətilə tədbir keçirilib

ADU-nun Mətbuat xidməti şöbəsinin yaranmasının beş illiyi münasibətilə tədbir keçirilib
# 21 fevral 2014 10:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin yaranmasının 5 illiyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə universitetin rektoru Səməd Seyidov çıxış edib. O, bildirib ki, universitetin Mətbuat xidməti şöbəsini ötən beş il ərzində aktiv fəaliyyət göstərib. S. Seyidov həmin şöbənin bu gündən etibarən ləğv edildiyini və əvəzində İctimaiyyətlə Əlaqələr departamentinin yaradılmasının nəzərdə tutulduğunu da bildirib.

Daha sonra tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək təbriklərini çatdırıblar.

Tədbirin sonunda ADU-nun fəaliyyətini geniş işıqlandıran mətbuat nümayəndələri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR