Sabahdan bütün “ASAN xidmət” mərkəzlərində “kupça”ların verilməsinə başlanacaq - VİDEO

Sabahdan bütün “ASAN xidmət” mərkəzlərində “kupça”ların verilməsinə başlanacaq - <span style="color: red;">VİDEO
# 21 fevral 2014 14:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, fevralın 22-dən etibarən vətəndaşlar “kupça”ları həm “ASAN Xidmət” mərkəzlərindən, həm də Əmlak Məsələləri Dövlət Komitəsinin ənənəvi mərkəzlərindən əldə edə biləcəklər.

İ. Kərimov bildirib ki, “ASAN Xidmət” mərkəzlərində bütün xidmətlər aidiyyəti dövlət qurumu tərəfindən göstərilir: “Prezident İlham Əliyevin 11 fevral tarixli fərmanına əsasən artıq həmin qurumlar siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əmlak Məsələləri Dövlət Komitəsi də daxil edilib. Əmlak Məsələləri Dövlət Komitəsinin “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara göstərdiyi xidmətlərə yeniləri əlavə olunub. Bu xidmətlər siyahısına mənzillərin ilkin çıxarışının verilməsi, o cümlədən fərdi yaşayış evlərinə təkrar çıxarışın verilməsi daxil edilib. Əmlak Məsələləri Dövlət Komitəsi bu xidmətləri sabahdan etibarən “ASAN Xidmət” mərkəzlərində həyata keçirəcək. Bununla bağlı bütün texniki işlər yekunlaşıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR