E.Məmmədyarov Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidentini qəbul edib - FOTO

E.Məmmədyarov Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidentini qəbul edib - <span style="color: red;">FOTO
# 18 fevral 2014 20:17 (UTC +04:00)

Bakı-APA. Fevralın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti İsmayıl Safiyi qəbul edib.

Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələr haqda danışıb, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin region ölkələri üçün olan əhəmiyyətini vurğulayıb.

İsmayıl Safi nazir Elmar Məmmədyarova rəhbərlik etdiyi fondun fəaliyyəti və gələcək planları haqda ətraflı məlumat verib. Azərbaycan ilə Fond arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR