Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Yubiley mükafatı ilə təltif olunub - VİDEO

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Yubiley mükafatı ilə təltif olunub - <span style="color: red;">VİDEO
# 10 mart 2014 09:20 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Fondun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və bu qurumun fəaliyyətinə verdiyi töhfələrə görə Azərbaycan prezidenti İlham Əliyev Yubiley medalı ilə təltif olunub.

Mərasimdə çıxış edən Türkiyənin Avropa Birliyi (AB) üzrə nazirinin müavini Ələddin Büyükkaya Fondun AB ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, Fondun fəaliyyətindən danışaraq bu günədək mədəniyyət, sosial və iqtisadi sahələrdə 300-ə qədər layihənin icra edildiyini söyləyib.

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. Fondun prezidenti bildirib ki, 20 ölkənin təmsil olunduğu bu təşkilatın əsas məqsədi Xəzər dənizi bölgəsi ilə Qara dəniz ölkələri arasında iqtisadi inkişaf, ətraf mühit, elm, təhsil, mədəni müxtəliflik, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq yaratmaqdır. Azərbaycanın qurumdakı fəaliyyətinə toxunan millət vəkili İ.Əliyevə xüsusi minnətdarlığını bildirib. O, Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Qara Dəniz və Xəzər Dənizi Fondunun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilatın fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin Fondun Yubiley medalı ilə təltif edildiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR