Kürdəmirdə yanğın hadisəsi baş verib

Kürdəmirdə yanğın hadisəsi baş verib
# 19 fevral 2014 01:51 (UTC +04:00)

Bakı-APA. Kürdəmirdə yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Mürtülü kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan tövlədə baş verib. Nəticədə, tövlənin çardağı 20 kv.m sahədə, damına və tövlənin içərisinə yığılmış 5 ton ot bağlamasının 100 kq-ı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR