Dövlət Komitəsi dini icmaların kiçik layihələrinə qrant dəstəyi verəcək - FOTOSESSİYA

Dövlət Komitəsi dini icmaların kiçik layihələrinə qrant dəstəyi verəcək - <span style="color: red;">FOTOSESSİYA
# 14 fevral 2014 11:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 2013-cü ildə bir sıra ilklərə imza atdığını bildirib.

APA-nın verdiyi məlumata görə, bunu 2013-cü ildə dini fəaliyyət sahəsində həyata keçirilmiş tədbirlərlə bağlı keçirilən toplantıda çıxış edən Elşad İskəndərov deyib.

Onun sözlərinə görə, ötən il ilk dəfə Qafqaz Müsəlmanları İdarəsinin imam və axundlar üçün xütbə və moizə vəsaitləri ilə bağlı kurslar təşkil edilib: “Dini dözümsüzlük təbliğ edən cərəyanlarla fikir mübarizəsi sahəsində Dövlət Komitəsi və QMİ Azərbaycanın 3 bölgəsində kurslar təşkil edib. Digər ilk dini icmaların keçən il sosial layihələr cəlb olunması ilə bağlıdır. Dindar insan tək öz məscidi, kilsəsi, sinaqoqu haqqında deyil, cəmiyyət haqqında da düşünməli, sosial problemlərlə maraqlanmalıdır. Ancaq dini icmalarda öz problemlərinə qapanma halları var. Dini Komitə 40-dan artıq dini icmanın sosial layihələrinə dəstək verib. Heydər Əliyevin 90 illiyi ilə bağlı vətənpərvər ruhda tədbirlər təşkil olunub, idman yarışı keçirilib”.

E.İskəndərov keçən il Seyid Yəhya Bakuvi ilə bağlı xarici ölkələrdə və Bakıda tədbirlər təşkil olunduğunu qeyd edib. O, 2013-cü ildə Milli Tolerantlıq Mərkəzinin yaradıldığını, bu il dini icmaların kiçik layihələrinə qrant dəstəyi veriləcəyini nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR