Ötən il 390 dövlət qulluqçusu barədə intizam-tənbeh tədbiri görülüb - VİDEO

Ötən il 390 dövlət qulluqçusu barədə intizam-tənbeh tədbiri görülüb - <span style="color: red;">VİDEO
# 18 fevral 2014 08:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov “Komissiyanın 2013-cü il üzrə illik fəaliyyəti və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə hesabatları” mövzusunda konfransda çıxışında deyib.


V. Əsgərov bildirib ki, onlardan 341 nəfərə töhmət verilib, 16 nəfərin vəzifə maaşı azaldılıb, 13 nəfər dövlət qulluğundan azad edilib, 20 nəfərə isə digər intizam tənbeh tədbiri tətbiq edilib: "Mərkəzi icra hakimiyyəti orqanları üzrə 314 nəfərə (bunlardan töhmət 275 nəfərə, maaşın azaldılması 16 nəfərə, dövlət qulluğundan azad edilmə 11 nəfərə), yerli icra hakimiyyəti orqanları üzrə isə 76 nəfərə (bunlardan töhmət 67 nəfərə, dövlət qulluğundan azad edilmə 3 nəfərə, daha aşağı vəzifəyə keçirilmə 1 nəfərə) intizam tənbeh tədbiri tətbiq edilib".


Sektor müdiri qeyd edib ki, mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilmiş intizam tənbeh tədbirləri əsasən əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməməsi, qeyri-peşəkarlığın göstərilməsi, qeyri-mədəni davranışla bağlı olub: "Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilmiş intizam tənbeh tədbirləri isə əsasən əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməməsi, qeyri-peşəkarlıq, qeyri-vicdani davranış ilə bağlı olub".


Daha sonra dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət və etik məsələlər üzrə maarifləndirilmə sahəsində Komissiyanın gördüyü işlərdən danışan V.Əsgərov əlavə edib ki, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10-cu hissəsinin tələblərinə əsasən, Komissiya 2013-cü il ərzində etik davranış məsələləri üzrə treninqlər təşkil edib, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı Komissiyaya daxil olan 10 şikayəti araşdırılıb, etik davranışla bağlı dövlət orqanları tərəfindən Komissiyaya təqdim edilən məlumatları ümumiləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR