Lerikdə yanğın hadisəsi baş verib

Lerikdə yanğın hadisəsi baş verib
# 18 fevral 2014 21:40 (UTC +04:00)

Bakı-APA. Lerikdə yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Lerik şəhəri, Günəşli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlədə baş verib. Nəticədə, tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və içərisinə yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR