Rusiyanı “Eurovision-2014” mahnı müsabiqəsində iki bacı təmsil edəcək - FOTO

Rusiyanı “Eurovision-2014” mahnı müsabiqəsində iki bacı təmsil edəcək - <span style="color: red;">FOTO
# 15 mart 2014 13:30 (UTC +04:00)

Rusiyanı Maşa və Nastya Tolmaçova bacıları təmsil edəcək.

APA-nın “RİA Novosti” saytına istinadən verdiyi məlumata görə, Rusiya təmsilçilərinin seçimini “Rossiya-1” telekanalı həyata keçirib.

Əkiz bacılar uşaqlar üçün nəzərdə tutulan “Eurovision Junior – 2006” mahnı müsabiqəsində qalib olduğundan sonra məşhurlaşıb.

Qeyd edək ki, bacılar 59-cu “Eurovision” mahnı müsabiqəsinin mayın 6-da keçiriləcək 1-ci yarımfinalda çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR