Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Texas A&M Universiteti ilə magistr hazırlığı layihələrinə başlamaq haqqında ilkin razılıq əldə edib - FOTO

Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Texas A&M Universiteti ilə magistr hazırlığı layihələrinə başlamaq haqqında ilkin razılıq əldə edib - <span style="color: red;">FOTO
# 08 may 2014 10:33 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdiyi və Tədris elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətovdan və Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayevadan ibarət nümayəndə heyəti ABŞ-ın Texas ştatında səfərdə olub. Məktəbdən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Texas A&M Universitetində görüşlər keçirib. Bu universitetin prezidenti Jon Şarp, Federal və Dövlət əlaqələri üzrə vitse-prezident cənab Tommi Villyams və tədris üzrə vitse-prezident Jeym Hallmark ilə keçirilən görüşdə Elmar Qasımov universitetin rəhbərlərinə Azərbaycanın müstəqillik tarixi, bu tarix ərzində ölkənin əldə etdiyi uğurlar, o cümlədən Dağlıq Qarabağ problemi haqqında məlumat verib.

Daha sonra rektor Bakı Ali Neft Məktəbinin yaranma tarixinin, əldə etdiyi uğurlar, tədrisin ingilis dilində Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğun təşkil edildiyi haqqında danışmış bu məqsədə çatmaq üçün Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib. O, mütəxəssis hazırlığında Avropanın və Amerikanın qabaqcıl universitetlərinin təcrübəsindən istifadə edilməsinin Bakı Ali Neft Məktəbinin fəaliyyətinin prioritetlərindən olduğunu vurğulayıb, Şirkətin həyata keçirdiyi iri layihələr haqqında məlumatlar verib və Bakı Ali Neft Məktəbinin yaradılmasının təşəbbüskarı kimi Şirkətin də yüksəkixtisaslı mütəxəssislərə ehtiyacının ödənilməsində maraqlı olduğunu qeyd edib.

Rektor hər iki tərəfin əməkdaşlığının müxtəlif xarakterli təhsil layihələri üzərində qurulmasının vacibliyini deyib, əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirib.

Görüşün nəticəsində tərəflər əməkdaşlığın sonrakı inkişafı ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.

Daha sonra universitetin Mühəndislik kollecinin icraçı dekan müavini profesor N.Anandla nümayəndə heyətinin görüşü baş tutub, neft-qaz mühəndisliyi ixtisası üzrə birgə magistr hazırlığı layihəsinin müxtəlif aspektləri hər tərəfli müzakirə olunub və təxirə salınmadan layihənin icrasına start verilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR