Daha bir sığorta şirkəti Azərbaycan bazarından gedir

Daha bir sığorta şirkəti Azərbaycan bazarından gedir
# 29 aprel 2014 14:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin sonuna qədər “Çartis Azərbaycan” sığorta şirkəti Azərbaycanın sığorta bazarını tərk edəcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, artıq “Çartis Azərbaycan” yeni sığorta müqavilələrinin bağlanmasını dayandırıb. Şirkət hazırda indiyə qədər bağladığı müqavilələr üzrə öhdəliklərini yerinə yetirməklə məşğuldur.

Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, “Çartis Azərbaycan” cəmi 927.6 min manat sığorta haqqı yığıb, 412.8 min manat ödəniş edib. Sığorta haqlarının yığımına görə, şirkətin bazar payı 0.03% təşkil edib.

Xatırladaq ki, 2011-ci ilə qədər “Çartis Azərbaycan” sığorta şirkəti “AIG Caspian” adlanırdı. Şirkət “American International Group, Inc.” şirkətinə daxildir. Hazırda “Çartis Azərbaycan”nın nizamnamə kapitalı 6 786 500 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR