NATO və İSAF missiyasına daxil olan tərəfdaş ölkələrin nümayəndələri Əfqanıstanla əməkdaşlığın perspektivlərini müzakirə ediblər

NATO və İSAF missiyasına daxil olan tərəfdaş ölkələrin nümayəndələri Əfqanıstanla əməkdaşlığın perspektivlərini müzakirə ediblər
# 27 fevral 2014 15:35 (UTC +04:00)

APA-nın NATO mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanla əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

NATO baş katibi Anders Foq Rassmusen İSAF missiyasının müddətinin bu ilin dekabrın 31-də bitəcəyini xatırladıb. O, yeni missiyanın 2014-cü ildən sonra Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim və yardımla bağlı funksiyalarına aydınlıq gətirilməsinin və müvafiq hüquqi bazanın yaradılmasının vacibliyini vurğulayıb.

A.Rassmusen qeyd edib ki, NATO qüvvələrinin Əfqanıstandakı stasusu ilə bağlı sazişin imzalanması üçün ABŞ-Əfqanıstan təhlükəsizlik müqaviləsi bağlanmalıdır.

Xatırladaq ki, Azərbaycan da İSAF missiyasına daxildir. Rəsmi Bakı missiyada iştirakı davam etdirmək və treninqlır keçirməklə, Əfqanıstanın təhlükəsizlik qüvvələrinə 2014-cü ildən sonra da yardım göstərməyə hazır olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR