Baş Prokurorluq mənzillərin qanunsuz olaraq təkrarən ayrı-ayrı şəxslərə satılması faktı aşkarlayıb

Baş Prokurorluq mənzillərin qanunsuz olaraq təkrarən ayrı-ayrı şəxslərə satılması faktı aşkarlayıb
# 19 fevral 2014 13:35 (UTC +04:00)

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakinin “RT LTD” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı MMC-nin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyət tərəfindən Abşeron rayonunun Ceyranbatan qəsəbəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri qanunsuz olaraq təkrarən ayrı-ayrı şəxslərə satmaqla vətəndaşlara 855.0 min manat məbləğində ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR