Xalq artisti Muxtar Avşarovun 100 illik yubileyi qeyd olunub

Xalq artisti Muxtar Avşarovun 100 illik yubileyi qeyd olunub
# 17 fevral 2014 14:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 17-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) xalq artisti Muxtar Avşarovun anadan olmasının 100 illiyinə həsr edilən yubiley tədbiri keçirilib.

İttifaqın məsul katibi Kəmalə Cəfərzadənin APA-ya verdiyi məlumata görə, tədbirdə millət vəkilləri Fəttah Heydərov, Abel Məhərrəmov, xalq artistləri Azər Paşa Nemətov, Ağakişi Kazımov, Rafiq Əzimov, Aydın Kazımzadə, aktyorun oğlu Rza Avşarov, professor Məryəm Əlizadə və başqaları iştirak ediblər.

Tədbirdə Muxtar Avşarovun həyat və sənət yoluna həsr edilən fotosərgi açılıb, aktyorun iştirak etdiyi filmlərdən fraqmentlər göstərilib.

Xalq artisti Azər Paşa Nemətov, millət vəkilləri Fəttah Heydərov, Abel Məhərrəmov və başqaları M. Avşarov haqqında xatirələrini danışıblar, Azərbaycan kino sənətinin inkişafında onun yaratdığı rolların özünəməxsusluğunu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR