Heydər Əliyev Mərkəzində “Səməni” Beynəlxalq İncəsənət Müsabiqəsinin qalibləri təltif olunub - FOTOSESSİYA

Heydər Əliyev Mərkəzində “Səməni” Beynəlxalq İncəsənət Müsabiqəsinin qalibləri təltif olunub - <span style="color: red;">FOTOSESSİYA
# 18 mart 2014 15:49 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müsabiqənin qonaqları təqdim olunan eksponatlarla tanış olublar.

Müsabiqənin qalibləri mərasim iştirakçılarının səsverməsi əsasında müəyyən edilib. Müsabiqənin nəticəsi olaraq, qaliblərə diplomlar təqdim edilib. Birinci yerin qalibi Novruz Məmmədov, ikinci yerin qalibi Elvin Nəbizadə, üçüncü yerin qalibi isə Lamiyə Əhməd olub.

Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - “Səməni” Beynəlxalq Müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəslə ötürməklə yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.

Heydər Əliyev Mərkəzi müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 31 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə həm paytaxt sakinlərinin bayram ovqatına çalar qatır, həm də bolluq və firavanlıq arzularını ifadə edir.

Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR