Azərbaycanda internet portlarının daşınması ilə bağlı olan əsas çətinlik açıqlanıb

Azərbaycanda internet portlarının daşınması ilə bağlı olan əsas çətinlik açıqlanıb
# 06 may 2014 08:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri internet portlarının daşınması məsələsinə aydınlıq gətirib.

APA-nın xəbərinə görə, nazir Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, internet portların danışması bu gün bir neçə provayder tərəfindən həyata keçirilir. Bunun mobil nömrə daşınması kimi olmadığını deyən nazir qeyd edib ki, burada bir az çətinliklər var: “Əsas çətinlik odur ki, internet provayderlərin sayı çoxdur. Ölkədə 40-dan çox provayder var. Bir neçə provayder portların daşınmasını təmin edib. Bu davam edəcək. Bu proses bazarda olan rəqabətə - həm keyfiyyətə, həm də qiymətə müsbət təsir göstərəcək”.

Qazaxıstanla dənizaltı kabel magistralının çəkilməsi ilə bağlı sualı cavablandıran nazir bildirib ki, bu yaxınlarda BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycanın koordinatorluğu ilə Avroasiya xüsusi rabitə alyansı yaradılıb: “Artıq bu alyansın fəaliyyətinə başlayacağıq. Bu layihələrindən biri də TASİM layihəsidir. Həmin istiqamətdə artıq müəyyən hazırlıq işləri görülməkdədir. Biznes layihəsi böyük operatorlar tərəfindən hazırlanır və həyata keçiriləcək. Azərbaycanın koordinatoru olduğu bu alyansda belə layihələri sayı çox olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR