İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 24 fevral 2014 13:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb.

APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Cavad Rəcəbzadə təxminən 5 aylıq həbs həyatından sonra fevralın 22-də Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Azərbaycanlı fəalın şərtlə əvf edildiyi bildirilir.

Qeyd edək ki, azərbaycanlı fəal oktyabrın 1-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutularaq Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb. C.Rəcəbzadə 2009-cu ildə hakimiyyətin əleyhinə təbliğatda günahlandırılaraq bir il həbs cəzasına məhkum edilib, ancaq sonradan 20 milyon tümən zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR