BMqT: Ötən il Azərbaycana giriş-çıxışların sayı 6 milyon 800 min təşkil edib

 BMqT: Ötən il Azərbaycana giriş-çıxışların sayı 6 milyon 800 min təşkil edib
# 10 aprel 2014 10:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu APA-nın Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak Bakıda "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ilk baxışdan giriş və çıxış sayları bir-birinə çox yaxındır və rəqəmlər arasında çox böyük fərq yoxdur: “Maraqlısı budur ki, 2 il ərzində 1 milyondan artıq giriş-çıxış fərqi yaranıb. Bu isə o deməkdir ki, insanların yerdəyişməsi böyük sürətlə gedir. Əhalinin sayı yüz milyon olsaydı, bu artım çox görə görünməzdi. Amma Azərbaycanda əhalinin sayının 9 milyondan bir az çox olduğunu nəzərə alsaq, biz görürük ki, yerdəyişmə hərəkətləri çox ciddi vəziyyətdədir və bu templər hələ də davam edir. Ötən il Azərbaycanda olan giriş və çıxışın ümumi saylarına baxdıqda bu rəqəmin əhalinin sayından 4 milyondan çox ötüb keçdiyini görərik. Hərəkətlik elə həddə çatıb, əhalinin böyük bir qismi miqrasiya edir”.


BMqT rəsmisi qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan 2008-ci ilə kimi miqrasiya balansı mənfi olan ölkə idi. Onun sözlərinə görə, ölkənin sosial-iqtisadi inkişafa dair ortaya qoyduğu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqrantların təyinat ölkəsinə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR