Restoran yaxınlığında meyiti aşkarlanmış Lənkəran sakininin ölümündə şübhəli bilinən 2 nəfər saxlanılıb

Restoran yaxınlığında meyiti aşkarlanmış Lənkəran sakininin ölümündə şübhəli bilinən 2 nəfər saxlanılıb
# 06 mart 2014 10:24 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, bu, üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsindəki ekspertizasının nəticələrindən sonra üzə çıxıb.

Lənkəran Rayon Polis Şöbəsi və prokurorluğunun birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri sayəsində V.Rzayevin ölümündə təqsirli bilinən iki nəfər - Darquba kənd sakinləri, 1975-ci il təvəllüdlü Valeh Nəcəfəli oğlu Təhməzov və 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Səməd Kəlbi oğlu Cəbiyev saxlanılıb.

İlkin istintaqla müəyyənləşdirilib ki, Vasif Rzayev tapıldığı “Armudluq” restoranına yaxın ərazidə deyil, tanışı Valeh Təhməzovun bağında gecə saat 24:00 radələrində sərxoş vəziyyətdə dozadan artıq narkotik vasitə qəbul etdiyi üçün dünyasını dəyişib. Həmkəndliləri onu ölümün cəngindən almağa çalışsalar da, bu mümkün olmayıb. Son nəticədə isə “dostlar” izi itirməkdən ötrü Vasifin meyitini Valeh Təhməzovun maşınına qoyaraq yolun qırağına atıblar. Artıq onların hər ikisi polis tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR