Bank Of Baku

Azərbaycan 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini rəsmi olaraq irəli sürüb

Azərbaycan 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini rəsmi olaraq irəli sürüb
# 24 may 2012 16:33 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, indiyədək Azərbaycanın 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi məsələsi müzakirə olunduğuna görə, rəsmi Bakı Avropa çempionatının təşkili məsələsini müvəqqəti dondurub: «Biz Gürcüstanla müzakirələr aparmışdıq, amma Olimpiadaya görə bu məsələni qabartmırdıq. Azərbaycan ədalətsiz olaraq «şort list»ə salınmadı, biz də Avropa çempionatı ilə bağlı müraciətimizi etdik. Budapeştdə FİFA-nın konqresi gedir. Bizim baş katib ordadır və biz müraciət edərək Gürcüstanla birlikdə Avro-2020-yə ev sahibliyinə namizədliyimizi irəli sürdük».

AFFA rəhbəri Azərbaycanın Türkiyə ilə birlikdə futbol üzrə Dünya çempionatı keçirməsi məsələsinə isə baxılmadığını bildirib.

Futbol üzrə Azərbaycan yığmasının Yaponiya yığması ilə göstərdiyi oyuna münasibət bildirən R. Abdullayev heyətin yeni və gənc olduğunu bildirib: «Bu, yoxlama oyunudur. Foqtsun qarşısına məqsəd qoyulub ki, ancaq gənc oyunçular cəlb etsin. Yığmanın tərkibində gənc oyunçular olmalıdır. Hədəfimiz 2016-cı ildir. Həmin il Avropa çempionatında 24 yığma komanda olacaq, bizim də məqsədimiz həmin komandaların sırasına düşməkdir ».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR