Paşha Bank
Bank Of Baku

Xankəndidə mini futbol turniri başa çatıb

Xankəndidə mini futbol turniri başa çatıb
# 18 noyabr 2026 22:33 (UTC +04:00)

Noyabrın 18-də Xankəndi şəhərində Zəfər Gününə həsr olunmuş mini futbol turniri başa çatıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, turnirdə Xankəndi şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən dövlət qurumlarını təmsil edən 15 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın finalında ANAMA FK ilə Xüsusi Təyinatlı Qüvvələrin komandası qarşılaşıb. Görüş ANAMA FK-nın qələbəsi ilə başa çatıb və komanda turnirin qalibi olub.

Qeyd edək ki, turnir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Turnirin keçirilməsində məqsəd dövlət qurumları arasında əməkdaşlığı və komanda ruhunu gücləndirmək, bölgədə idmanı və sağlam həyat tərzini təşviq etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR