Bank Of Baku

“Neftçi” klubunun Çempionlar Liqasında mümkün rəqiblərinin siyahısı müəyyənləşib

“Neftçi” klubunun Çempionlar Liqasında mümkün rəqiblərinin siyahısı müəyyənləşib
# 25 may 2012 08:59 (UTC +04:00)
Bakı – APA. “Neftçi” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqiblərinin tam siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, ardıcıl 2-ci dəfə ölkə çempionu olan paytaxt təmsilçisi gələn ay keçiriləcək oyunlarda 17 komandadan biri ilə görüşəcək.

Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq 31 komandadan isə həllik yalnız Çernoqoriya çempionunun adı məlum deyil. Lakin bu komanda “Neftçi” ilə eyni səbətdə yer alacağından təmsilçimizlə qarşılaşa bilməyəcək.

Səpələnmişlər: “Dinamo” (Xorvatiya), “Slaşk” (Polşa), AEL (Kipr), BATE (Belarus), “Helsinqborq” (İsveç), HİK (Finlandiya), “Ventspils” (Latviya), “Maribor” (Sloveniya), “Partizan” (Serbiya), “Bazel” (İsveçrə), “Ekranas” (Litva), “Zalsburq” (Avstriya), “Debretsen” (Macarıstan), “Slovan” (Çexiya), “Jilina” (Slovakiya), “Şerif” (Moldova), “Zestafooni” (Gürcüstan)

Səpələnməmişlər: “Neftçi” (Azərbaycan), “Hapoel” (Kiryat-İrona, İsrail), “Reykyavik” (İslandiya), TNS (Uels), “Flora” (Estoniya), “Şaxtyor” (Qazaxıstan), “Uliss” (Ermənistan), “Molde” (Norveç), “Jelezniçar” (Bosniya və Herseqovina), “Vardar” (Makedoniya), “Skenderbeu” (Albaniya), “Ludoqorets” (Bopqlarıstan), “Şemrok Rovers” (İrlandiya), Çernoqoriya çempionu, I təsnifat mərhələsinin 3 qalibi
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR