Bank Of Baku

Azərbaycan – Andorra oyunu almaniyalı hakimlərə tapşırıldı

Azərbaycan – Andorra oyunu almaniyalı hakimlərə tapşırıldı
# 25 may 2012 09:02 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının Andorra ilə qarşıdakı yoldaşlıq görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 30-da Frankfurtda keçiriləcək matç yerli hakimlərə tapşırılıb.

FİFA hakimi Mikael Veynerə həmyerliləri Holger Hensçellə Kristof Bornhorst yardımçı olacaq. Dördüncü hakim lüksemburqlu Laurent Kopriva təyin olunub.

Bakı vaxtilə saat 20:00-da başlayacaq Azərbaycan – Andorra oyunu “Viktoria Kelsterbach” stadionunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR