Bank Of Baku

Koldo Alvares: “Azərbaycan yığmasının futbolçuları öz işlərini yaxşı bilirlər”

Koldo Alvares: “Azərbaycan yığmasının futbolçuları öz işlərini yaxşı bilirlər”
# 29 may 2012 09:40 (UTC +04:00)
Bakı – APA. “Fiziki cəhətdən güclü futbolçulardan ibarət komandaya qarşı oynayacağıq. Azərbaycan yığmasının futbolçuları öz işlərini yaxşı bilirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Andorra millisinin baş məşqçisi Koldo Alvares deyib.

Sabah Azərbaycan yığmasına qarşı keçiriləcək yoxlama oyunu haqda fikirlərini açıqlayan Alvares bəzi futbolçularımızı fərqləndirib: “Rəqibin heyətində Rauf Əliyev kimi hücumçu, Elvin Məmmədov kimi yarımmüdafiəçi var. Bizim bu matçdakı məqsədimiz 4-4-2 sistemini yığmamız üçün yeni olan 4-2-3-1-ə dəyişməkdir. Hətta son illər 5-4-1-ə də üstünlük verdiyimiz vaxtlar da olub. İndi isə yeni sistemə keçməyin vaxtı çatıb”.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Andorra oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR