Bank Of Baku

“Xəzər Lənkəran” Avstriyaya 3 yeni futbolçu ilə yollanır

“Xəzər Lənkəran” Avstriyaya 3 yeni futbolçu ilə yollanır
# 29 may 2012 12:28 (UTC +04:00)
Bakı – APA. “Manuel Skarlatake istisna olmaqla, bütün futbolçular iyunun 2-də bir araya gələcəklər. Rumıniyalı legioner isə hazırlığa başladıqdan sonra komandamızın düşərgəyə gələcək”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

O bildirib ki, iyunun 2-də yeni mövsümün hazırlıqlarına başlayacaq komandası Rumıniyanın “Dinamo” klubundan transfer olunan Manuel Skarlatakeyə icazə verib: “Buna səbəb onun mayın 23-də Rumıniya kubokunun finalında oynamasıdır. Skarlatakeyə iyunun 10-dək icazə vermişik. O, həmin gün komandaya qoşulacaq. Digər legionerlərimizə gəlincə, onlar ayın 2-də hazırlıqlara başlayacaq heyətdə olacaq. Həmin gün 2-3 yeni futbolçunun da bizimlə olacağı gözlənilir. Keçidləri həll olunmadığı üçün hələlik ad çəkmək istəmirəm. Yeni legionerlər isə Avstriya toplanışında bizə qoşulacaq”.

Qeyd edək ki, “Xəzər Ləkəran” iyunun 5-də Avstriyaya təlim-məşq toplanışına yollanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR