Bank Of Baku

Azərbaycan milli komandası sabah Andorra ilə qarşılaşacaq

Azərbaycan milli komandası sabah Andorra ilə qarşılaşacaq
# 29 may 2012 14:39 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan millisi sabah növbəti yoldaşlıq oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız bu dəfə Andorra yığmasını sınağa çəkəcək.

FİFA reytinqində 205-ci olan rəqiblə qarşılaşma futbolçularımız üçün son 8 gündə 2-ci yoldaşlıq oyunu olacaq. Mayın 23-də Şizuoka şəhərində Yaponiyaya 0:2 hesabı ilə uduzan komandamız bu qarşılaşma ilə yay fasiləsinə yollanacaq.

2 yoxlama oyunundan ibarət yaz toplanışını yüksək əhval-ruhiyyədə başa vurmaq üçün milli Almaniyanın Frankfurt şəhərində baş tutacaq görüşdən qələbə ilə ayrılmalıdır. Bu dəfə rəqib də bunun üçün münasibdir.

Belə ki, yığmamız indiyədək 3 dəfə qarşılaşdığı rəqibə uduzmayıb və üstəlik son görüşdə qalib gəlib.

Yoldaşlıq oyunu
30 may

20:00. AZƏRBAYCAN -ANDORRA

Hakimlər: Mikael Veyner, Holger Hensçell, Kristof Bornhorst, Laurent Kopriva (Lüksemburq)
Frankfurt. “Viktoria Kelsterbach” stadionu
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR