Bank Of Baku

Avropa Liqasında birinci təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşdi

Avropa Liqasında birinci təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşdi
# 30 may 2012 10:38 (UTC +04:00)
Bakı – APA. Avropa Liqasının I təsnifat mərhələsinin sonuncu iştirakçısı məlum olub. Apasport.az saytının məlumatına görə, mübarizəyə bu mərhələdə başlayacaq 74-cü komanda “Libertas” (San-Marino) olub.

Çempionatın final matçında “Tre Penne”yə 0:1 hesabı ilə uduzan “Libertas” bununla da II yerin sahibi kimi iyunun 25-də keçiriləcək püşkatmada səpələnməmişlər səbətinin sonuncu komandası olub. Hamıdan aşağı 0,183 əmsala malik san-marinolular səpələnmişlər sırasında olan Azərbaycan təmsilçiləri üçün də ən ideal rəqiblərdən sayılır.

San-Marino çempionu isə Çempionlar Liqasının I təsnifat mərhələsində qüvvəsini sınayacaq.

I təsnifat mərhələsi

Səpələnmişlər: “Tvente” (Hollandiya), “Lex” (Polşa), “Rusenborq” (Norveç), “Elfsborq”, “Kalmar” (hər ikisi İsveç), “Aktobe” (Qazaxıstan), “Sent Patriks”, “Bohemians” (hər ikisi İrlandiya), “Bakı”, “İnter”, “Xəzər Lənkəran” (hamısı Azərbaycan), “Qomel” (Belarus), “Hafnarfyordur” (İslandiya), “Pünik” (Ermənitan), “Metallurq” (Latviya), “Banqor Siti” (Uels), “Suduva” (Litva), “Tirana”, “Şkendiya” (hər ikisi Albaniya), “Stabek” (Norveç), “Renova” (Makedoniya), “Osiyek” (Xorvatiya), “Levadiya” (Estoniya), “MyuPA”, “Kuopio” (hər ikisi Finlandiya), “Senisa” (Slovakiya), “Daçiya” (Moldova), “Borats”, “Sarayevo” (hər ikisi Bosniya və Herseqovina), “Differdanj” (Lüksemburq), “Yaqodina” (Serbiya), “Birkirkara” (Malta), “Streymur” (Farer adaları), “Olimpiya” (Sloveniya), “Rudar” (Çernoqoriya), “Honved” (Macarıstan), “Olimpi” (Gürcüstan)

Səpələnməmişlər: “Zimbru” (Moldova), “Flyamurtari” (Albaniya), “Yuvaskulya” (Finlandiya), “Kliftonvill”, “Kruzaders”, “Portadaun” (hamısı Şimali İrlandiya), “Santa Koloma” (Andorra), “Dauqava” (Latviya), “Trans”, “Kalyu” (hər ikisi Estoniya), “Vestmannaeyar”, “Akyureyri” (hər ikisi İslandiya), “Floriana”, “Hibernian” (hər ikisi Malta), “Ordabası”, “Jetısu” (hər ikisi Qazaxıstan), “Runavik”, “Vikinqur” (hər ikisi Farer adaları), “Qandzasar”, “Şirak” (hər ikisi Ermənistan), “Llanelli”, “Kefn Druids” (hər ikisi Uels), “Selye” (Sloveniya), “Jeness”, “Qrevenmaxer” (Lüksemburq), “Teuta” (Albaniya), “La Fiorita”, “Libertas” (San Marino), “Zeta”, “Selik” (hər ikisi Çernoqoriya), “Mura” (Sloveniya), “Torpedo” (Gürcüstan), “Eşen Mauren” (Lixtenşteyn), “Şaulyay” (Litva), , “Skonto” (Latviya), “Metallurq” (Makedoniya), MTK (Macarıstan).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR