Azərbaycan yığması Andorraya qalib gələ bilməyib
31 may 2012 08:12 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız bu dəfə Andorra yığmasını sınağa çəkib.
FİFA reytinqində 205-ci olan rəqiblə qarşılaşma futbolçularımız üçün son 8 gündə 2-ci yoldaşlıq oyunu olub. Mayın 23-də Şizuoka şəhərində Yaponiyaya 0:2 hesabı ilə uduzan komandamız bu qarşılaşma ilə yay fasiləsinə yollanıb.
2 yoxlama oyunundan ibarət yaz toplanışını yüksək əhval-ruhiyyədə başa vurmaq üçün millimizin Almaniyanın Frankfurt şəhərində baş tutan görüşdən qələbə ilə ayrılması gözlənilsə də, bu baş verməyib. Belə ki, Berti Foqtsun yetirmələri münasib rəqiblə də bacarmayıblar. Oyun başladığı hesabla da sona çatıb.
Yoldaşlıq oyunu
30 may
AZƏRBAYCAN -ANDORRA - 0:0
Hakimlər: Mikael Veyner, Holger Hensçell, Kristof Bornhorst (hamısı Almaniya), Laurent Kopriva (Lüksemburq)
Frankfurt. “Viktoria Kelsterbach” stadionu

Futbol
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin VII Universiadası keçirilib - FOTO
01:19
13 may 2024
"Arsenal" "Mançester Yunayted"i məğlub edərək zirvəyə yüksəlib
00:47
13 may 2024
Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
22:34
11 may 2024
Konfrans Liqasının final matçının stadionu dəyişdirilə bilər
16:29
11 may 2024