Tale Heydərov: “Futbolun inkişafı üçün “Qəbələ” kimi klubların üzərinə böyük məsuliyyət düşür” - FOTO
Sonra söz “Qəbələ” klubunun prezidenti Tale Heydərova verilib. Heydərov əvvəlcə qonaqlara iştirakla əlaqədar təşəkkürünü bildirib.
O, hər bir idman növünə dövlət qayğısının çox vacib olduğunu və bu faktorun Azərbaycanda da mövcudluğundan çox şad olduqlarını vurğulayıb: “Bunun göstəricisi kimi böyük turnirlərin Azərbaycanda keçirilməsini qeyd edə bilərəm. Amma idmanın, o cümlədən futbolun inkişafı üçün bizim kimi klubların üzərinə böyük məsuliyyət düşür. Uşaq futbolu futbolun inkişafı üçün böyük amildir. Bunu nəzərə alaraq, “Qəbələ” yarandığı vaxtdan uzunmüddətli plan və strategiya müəyyənləşdirib.
Uşaq futboluna diqqət göstərərək, Azərbaycanda futbol akademiyası yaradan ilk klub olmuşuq. Biz də bu gün 15 yaşadək akademiyalar arasında turnir təşkil etmişik. “Qəbələ”nin uşaq futbolçuları böyük uğurlar əldə ediblər, müxtəlif yaşlılar arasında Azərbaycan çempionu olublar.
Dünyanın müxtəlif ölkələrində - İngiltərə, Latviya və Türkiyədə layiqincə təmsil edərək, yeniliklər əldə ediblər və məşqçilərimiz həmin yenilikləri Azərbaycana gətiriblər. Amma bu turniri biz “Qəbələ” klubundakı gözəl meydançalar olmadan keçirə bilməzdik. Klubumuz infrastruktura böyük diqqət göstərir və hazırda akademiyamızın bünövrəsi qoyulub. Ümidvarıq ki, gələn il akademiyamızın meydançası 2013-cü ilin ortalarında, əsas stadionumuz isə 2014-cü ildə istifadəyə veriləcək”.
“Qəbələ”nin özünəməxsus fəlsəfəsinin olduğunu deyən Heydərov bildirib ki, qələbələri düzgün, gözəl şəkildə əldə etmək niyyətindədirlər: “Burada Azərbaycan klublarından “Qarabağ” da iştirak edir. Bu da Azərbaycanda inkişaf üçün rəqabətin olmasını nəzərdə tutmağımızdan irəli gəlir. Bu tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə AFFA-ya minnətdarlıq edirəm. Ümidvaram ki, bu turnir ənənə halını alacaq və sizin kimi komandaları burada qəbul edəcəyik”.
Qeyd edək ki, “Qəbələ Kuboku-2012”də 8 komanda iştirak edir. Təşkilatçı “Qəbələ” ilə yanaşı, Azərbaycanı “Qarabağ” təmsil edir. Eyni zamanda İspaniyanın “Vilyarreal” və “Levante”, Türkiyənin “Qalatasaray”, Hollandiyanın “Feyenoord”, Danimarkanın “Bröndbü” və Serbiya milli komandası mübarizə aparır. Yarışa iyunun 3-də yekun vurulacaq.
Futbol
Xəbər Lenti
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB
Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib
Tramp: İspaniya sərhədlərinə nəzarət edə bilmir
Qubada ağır yol qəzası nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb
ABŞ hərbçiləri Sakit okeanda narkokartelə məxsus gəmiləri batırıb
Bloomberg: Süni intellekt üçün data mərkəzlərinin tikintisi ABŞ-də narazılıq yaradır
Merz: Almaniya hökuməti lazım olan ictimai dəstəyi ala bilmir
Tramp və Vens Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
Pit Heqset İranı hədələyib: Tankerlərinizi məhv edəcəyik
KİV: NATO-da Avropanın Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməyəcəyindən ehtiyat edirlər
SEPAH: İran ABŞ-ın aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
Hakan Fidan Abbas Əraqçi ilə İran-ABŞ böhranını müzakirə edib
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb