“Rubin” rəsmisi: “Mahir Şükürovun komandamıza keçidi şayiədir”

“Rubin” rəsmisi: “Mahir Şükürovun komandamıza keçidi şayiədir”
# 04 iyun 2012 08:48 (UTC +04:00)
Bakı – APA. “Mahir Şükürovun komandamıza keçidi haqda ilk dəfə sizdən eşidirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rubin”in mətbuat xidmətinin rəhbəri Maksim Lopuxov deyib.

Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov “Qəbələ” ilə müqaviləsini pozduqdan sonra özünə yeni klub axtarır. Millimizin Andorra ilə yoldaşlıq görüşündən sonra apasport.az-ın Frankfurta ezam olunmuş əməkdaşına müsahibəsində xaricdə oynamaq variantının olduğunu bildirən 30 yaşlı müdafiəçinin sorağı yenidən Rusiyaya gəlir. Belə ki, “Qəbələ”yə keçənə kimi 1 il “Anji”də oynayan Mahirin indi də “Rubin”in düşərgəsində olduğu bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün Kazan təmsilçisi ilə əlaqə saxladıq. Xəbəri təkzib edən Lopuxova Şükürov soyadını dedikdə, onun kim olduğunu dəqiqləşdirdi: “O, hansı futbolçudur, “Anji”də oynamış? Futbolçunuzun transferi fikrimizdə olmayıb. Mən heç düşünə bilməzdim ki, biz onu heyətimizə cəlb edə bilərik. Hesab edirəm ki, bunların hamısı şayiədir. Bizim rəhbərlikdən heç kim bu məlumatı şərh etməyəcək. Fasilə müddətində o qədər şayiələr olur ki... Biz internetdə yayılan hər məlumatın arxasınca düşüb, rəsmi bəyanat verən deyilik ki. Bunu etmək absurddur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR