Futbol üzrə Avropa çempionatı başlayıb

Futbol üzrə Avropa çempionatı başlayıb
# 08 iyun 2012 17:58 (UTC +04:00)
Bakı-APA. Varşavada futbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Polşa və Yunanıstan arasında keçiriləcək çempionatın ilk görüşündən əvvəl başlayan açılış şousu 12 dəqiqə davam edib. Varşava stadionunda genişmiqyaslı şou təşkil olunub. Bunun üçün 800 könüllü cəlb olunub. Məşhur macar pianoçu Adam Dyord Şopenin fortepiano üçün etüdünü ifa edib.

Sonra italyan dicey və prodüsseri DJ Karmatronic The Game of the World əsərini ifa edir.

Qeyd edək 2012-ci Futbol üzrə Avropa Çempionatı ilk dəfə olaraq şərqi Avropanın iki ölkəsi Polşa və Ukraynada təşkil edilir. Açılış oyunu Varşavada final oyunu isə Ukraynanı paytaxtı Kiyevdə keçiriləcək.

Bundan sonra Avropanın ən güclü 16 komandası qitənin ən güclü millisi adını almaq üçün 3 həftəlik mübarizəyə başlayacaq.

Qeyd edək ki, Avropa çempionatının açılış mərasiminin təşkilatçısı Marko Baliçdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR