2026-cı ildə dünya kubokunun finalının keçiriləcəyi stadion bəlli olub

2026-cı ildə dünya kubokunun finalının keçiriləcəyi stadion bəlli olub
# 23 yanvar 2024 02:23 (UTC +04:00)

2026-cı il futbol üzrə dünya çempionatının final oyunu Dallasdakı (Texas, ABŞ) stadionda keçiriləcək.

APA xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Oyun Milli Futbol Liqasında (NFL) çıxış edən "Dallas Cowboys" klubunun ev oyunlarının oynanıldığı "AT&T Stadium"unda keçiriləcək.

Arenanın maksimal tutumu 105 min tamaşaçıdır.

Stadion 2009-cu ildə istifadəyə verilib və 1 milyard 300 milyon dollara başa gəlib.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Final iyulun 19-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR