Paşha Bank
Bank Of Baku

Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib

Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
# 18 noyabr 2026 15:34 (UTC +04:00)

Abşeronda nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb.

DİN-dən APA-ya verilən xəbərə görə, Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10320 manat olan naqil və akkumulyator oğurlanıb. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq əməlini törədib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR