Bakının Nizami rayonunda çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib

Bakının Nizami rayonunda çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib
# 04 may 2016 16:02 (UTC +04:00)

Bakı – APA. Bakının Nizami rayonunda Qara Qarayev prospekti ilə Naxçıvani küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev dayanacağın rəmzi açılışını bildirən lenti kəsib.

Avtodayanacaqla tanış olan dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək. Buradan Heydər bağına gözəl mənzərə açılır. Bildirilib ki, dayanacaqda 391 avtomobili eyni vaxtda parklamaq mümkündür. Avtodayanacaq naviqasiya, avtomat yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR