Azərbaycan prezidenti Kambocanın Kralını təbrik edib

Azərbaycan prezidenti Kambocanın Kralını təbrik edib
# 07 noyabr 2015 15:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kamboca münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR