Parlament Azərbaycanla BƏƏ arasında dəniz nəqliyyatı üzrə sazişi təsdiqləyib

Parlament Azərbaycanla BƏƏ arasında dəniz nəqliyyatı üzrə sazişi təsdiqləyib
# 15 aprel 2016 12:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA. Milli Məclisin bugünkü iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" sazişin təsdiqlənməsi haqqında qanun layihəsi müzakirə edilib.

APA-nın xəbərinə görə, İqtisadiyyat, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib, sənədin iki ölkə arasında xarici ticarət sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutduğunu deyib.


Təqdimatdan sonra saziş səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR