“Bank BTB”nin Müşahidə Şurasının sədri dəyişib

“Bank BTB”nin Müşahidə Şurasının sədri dəyişib
# 23 dekabr 2015 06:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. “Bank BTB” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

APA-Economics”in məlumatına görə, bankın Müşahidə Şurasının sədri Ceyhun Paşalı işdən çıxıb. Onun yerinə Rza Sadiq Müşahidə Şurasının sədri təyin edilib.

C.Paşalının səhhəti ilə əlaqədar öz xahişi ilə işdən çıxdığı bildirilir.

Xatırladaq ki, C. Paşalı təxminən 3 ay əvvəl bankın Müşahidə Şurasının rəhbəri seçilmişdi. Bundan öncə C. Paşalı Şuranın üzvü olub.

Müşahidə Şurasının indiki sədri R. Sadiq də təxminən 3 ay əvvəl Müşahidə Şurasına üzv seçilmişdi. O, bu vəzifədə Nigar Mehdiyevanı əvəzləmişdi.

Qeyd edək ki, R. Sadiq Müşahidə Şurasından əvvəl bankın Audit Komitəsinin üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR