"Kulevi" terminalının tutum həcmi 80 min kubmetr artırılır

"Kulevi" terminalının tutum həcmi 80 min kubmetr artırılır
# 01 iyun 2016 10:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Hazırda "Kulevi" neft terminalının tutum həcmi 320 min kubmetrdir. Əvvəlcədən hazırlanmış layihə əsasında həcmin 82 min kubmetr artırılması işləri aparılır".


"APA-Economics" xəbər verir ki, bunu terminalın baş direktoru Kərim Quliyev deyib.

Baş direktor qeyd edib ki, qeyd edilən işlər 2-3 ay ərzində görüləcək: "Terminalda bu cür işlərin görülməsi ilə bağlı əvvəlcədən planlar var idi. Amma 1-2 il ərzində dünya bazarında neftin ucuzlaşmasına görə, düşündük ki, investorlar üçün yaxşı şərait yaranıb. Həm də tutum həcminin artırılması terminaldan istifadə edən, neft alqı-satqısı ilə məşğul olan firmalar üçün əlavə imkanlar yaradır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR