"Nar" "Karyera günü" tədbirində aktiv iştirak edib

"Nar" "Karyera günü" tədbirində aktiv iştirak edib
# 28 sentyabr 2015 08:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Nar” mobil operatoru istedadlı və bacarıqlı gənclərin, peşəkar kadrların işə cəlb edilməsi istiqamətindəki fəaliyyətini davam etdirir.

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, sentyabrın 22-də “Nar” təmsilçiləri Azərbaycanın premium kinoteatrı olan “28 Cinema”da “Təcrübəçi” filminin qapalı premyerası zamanı təşkil edilmiş olduqca maraqlı bir tədbirdə aktiv iştirak ediblər.

Qeyd edək ki, adıçəkilən filmdə yeni işə başlayan bir təcrübəçidən və insan resurslarının idarə edilməsi problemindən bəhs edilir. İnsan resurslarına hər zaman xüsusi önəm verən “Nar” operatoru da bu gözəl fürsətdən yararlanıb.

Premyera öncəsi kinoteatrın foyesində quraşdırılmış “Nar” masasında fərqli bir təcrübə yaşanıb. “Nar” masası gənclərin diqqətini cəlb edib. İşə qəbul prosesi formatında aparılan söhbət zamanı maraq kəsb edən iştirakçıların tərcümeyi-halları, onlar haqqında digər vacib məlumatlar toplanıb. Son dərəcə məhsuldar və maraqlı keçən görüşdə jurnalistlər, blogerlər, və müxtəlif şirkət nümayəndələri iştirak ediblər.

Bu görüş bacarıqlı, istedadlı və savadlı kadrların “Azerfon” şirkətində işə cəlb edilməsi perspektivləri baxımından çox səmərəli olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR