Abraham Kuper: “Gələcəkdə soyqırımın olmaması üçün keçmişi unutmamalıyıq”

Abraham Kuper: “Gələcəkdə soyqırımın olmaması üçün keçmişi unutmamalıyıq”
# 28 sentyabr 2016 17:57 (UTC +04:00)

Quba. Vəli Turan – APA. “Gələcəkdə soyqırımın olmaması üçün keçmişi unutmamalıyıq”.

APA-nın məlumatına görə, bunu Quba Soyqrımı Memorial Kompleksi ziyarət edən ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper bildirib.

“Xatirə muzeyində də öz sözlərimi yazdım. Belə bir qədim yəhudi məsəli var. Mahiyyəti ondan ibarətdir ki, keçmişini yadda saxlayırsansa, gələcəyə doğru addımlayırsan. Keçmişi qoruyub saxlamaq gələcəkdə sağ qalmağın əsasını təşkil edir. Bir millət öz keçmişini unudursa, bunun tam əksi baş verir, gələcəkdə məhv olma və faciələrlə üzləşmək qaçılmaz olur. Biz keçmişi qorumalıyıqmı, yadda saxlamalıyıqmı? Cavab əlbəttə ki, bəllidir. Gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün keçmişi yadda saxlamaq lazımdır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR