Suriya ordusu Şeyx-Miskin şəhərinə nəzarəti ələ keçirib

Suriya ordusu Şeyx-Miskin şəhərinə nəzarəti ələ keçirib
# 26 yanvar 2016 01:27 (UTC +04:00)

Bakı-APA. Suriya hökumət ordusu şiddətli döyüşlərdən sonra cənub Deraa əyalətində yerləşən Şeyx-Miskin şəhərini azad edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hazırda döyüşlər şəhərin qərb ətrafında davam edir.

“Şeyx-Miskin strateji cəhətdən böyük əhəmiyyət kəsb edir. Şəhəri azad etməklə hökumət qüvvələri terrorçuların Dəməşqdən cənubda yerləşən nəqliyyat xətlərini kəsiblər”, deyə Suriya İnsan Haqları Rəsədxanasının rəhbəri Rami Əbdulrəhman bildirib.

Onun sözlərinə görə, şəhərə olduqca böyük ziyan dəyib, çox sayda dağıntılar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR