Bakıda 29 yaşlı oğlan bıçaqlanıb - FOTO - VİDEO

Bakıda 29 yaşlı oğlan bıçaqlanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 noyabr 2015 03:09 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə “8-ci kilometr bazarı”nda yerləşən kafelərin birində qeydə alınıb.

29 yaşlı Tural Rüstəmov dostu ilə kafedə yeyib-içdikdən sonra mübahisələri düşüb. İçki məclisi sonda bıçaqlanma ilə nəticələnib. Tural Rüstəmovu hadisə yerinə çağırılan təcili yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralı xəstəxanaya daxil olanda içkili vəziyyətdə olub. Onun kürək nahiyəsindən 1 bıçaq zərbəsi aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR