Tiflisdə avtobus qəzaya uğrayıb, 18 nəfər xəstəxanaya yerləşdirilib

Tiflisdə avtobus qəzaya uğrayıb, 18 nəfər xəstəxanaya yerləşdirilib
# 02 sentyabr 2016 12:43 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, avtobus mehmanxananın ərazisinə girib.

Təcili yardım xidmətindən bildirilib ki, avtobusda olan 20 sərnişindən 18-i orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəsarət alanların kimliyi haqqında məlumat verilmir.

Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.

Gürcüstan DİN-dən bildiriblər ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR